27 Sentyabr 2022

AZSTAND və Avropa Standartlaşdırma Komitəsinin (CEN/CENELEC) nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ (AZSTAND) Abu-Dabidə keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısı zamanı Avropa Standartlaşdırma Komitəsinin (CEN/CENELEC) nümayəndələri ilə işgüzar görüş keçirib.

Görüşdə "Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsində standartların rolu" mövzusunda səmərəli müzakirələr aparılıb. Danışıqlar çərçivəsində əldə edilmiş razılaşmalara əsasən ölkəmizdə standartlaşdırma sisteminin inkişafına və enerji sahəsində yeni strateji tərəfdaşlıqlara imkan yaranacaq.

Qeyd edək ki, cari ilin iyul ayının 18-də “Avropa Kommisiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Analaşma Memorandumu” imzalanıb.

 

Bizim partnyorlarımız