28 Sentyabr 2022

AZSTAND və Çin Xalq Respublikası Standartlaşdırma Admnistrasiyası arasında razılıq əldə olunub

Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ (AZSTAND) Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısında Çin Xalq Respublikası Standartlaşdırma Admnistrasiyası ilə Anlaşma Memorandumu imzalayıb.

Razılaşmaya əsasən tərəflər standartlaşdırma sahəsində əməkdaşlığın və texniki innovasiyaların tətbiqi üçün iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər keçirəcəklər. 

Bu tədbirlər çərçivəsində informasiya mübadiləsinin və birgə fəaliyyətin təmin edilməsi nəticəsində ikitərəfli iqtisadi münasibətlərin və ticarət əlaqələrinin asanlaşdırılması, standartların tanıdılması və tətbiqi sahəsində əməkdaşlıq, beynəlxalq təlimlərin təşkili, tətqiqat və araşdırmaların aparıması nəzərdə tutulub. 

 

Bizim partnyorlarımız