29 Sentyabr 2022

AZSTAND halal standartlar üzrə təlim təşkil edib

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Türkiyə Halal Akkreditasiya Agentliyi (HAK) tərəfindən OIC/SMIIC halal standartları üzrə təlim keçirilib.

Təlimdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AZSTAND-ın, Azərbaycan Akkreditasiya Mərkəzinin (AZAK), Keyfiyyət Assosiasiyasının və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları iştirak ediblər.

Təlim zamanı halal qidalar üçün ümumi qaydalar, qida əlavələri və digər kimyəvi maddələr üçün ümumi tələblər, halal kosmetik vasitələr  üçün ümumi qaydalar və halal məhsullar üzrə test laboratoriyalarının ixtisasına dair tələblər müzakirə edilib.

Qeyd edək ki, sözügedən təlim Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Turkiyə Respublikasının Halal Akkreditasiya Agentliyi arasında halal akkreditasiya sahəsində Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

 

 

Bizim partnyorlarımız