18 Noyabr 2022

2022-ci ilin 10 ayı ərzində milli standartlaşdırma qurumu tərəfindən standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin yayımı

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəlliflik hüquqları qorunmaqla “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin yayımını həyata keçirir.

Təşkilatların, fiziki və ya hüquqi şəxslərin müvafiq sorğuları əsasında yanvar-oktyabr aylarında AZSTAND tərəfindən ümumilikdə 3990 ədəd standartlaşdırma üzrə normativ sənədlər rəsmi nəşr edilərək təqdim edilmişdir. Bunlardan 93-ü idarəetmə sistemləri, 79-u xidmət sahəsi, 1973-ü qida sahəsi, 1845-i qeyri-qida sahəsi üzrə olan normativ sənədlərdir.

 

Bizim partnyorlarımız