18 Noyabr 2022

Dövlət standatlarının tərtibinə, strukturuna, şərhinə, rəsmiləşdirilməsinə və məzmununa dair ümumi tələbləri müəyyənləşdirən yeni standart qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 1.5:2022 “Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Standartların tərtibinə, strukturuna, şərhinə, rəsmiləşdirilməsinə və məzmununa dair ümumi tələblər” dövlət standartı qəbul edilib.

Standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qəbul edilmiş standart Azərbaycan Respublikasının dövlət standartlarının, o cümlədən ilkin dövlət standartlarının tərtibinə, strukturuna, şərhinə, rəsmiləşdirilməsinə və məzmununa, eyni zamanda standartın titul vərəqi, müqəddimə, mündəricat, tətbiq sahəsi və digər struktur elementlərinə dair ümumi tələbləri müəyyən edir.

 

Bizim partnyorlarımız