23 Noyabr 2022

İslam Ölkələri Standartlar və Metrologiya İnstitutu ilə əlaqələr genişləndirilir

21-22 noyabr 2022-ci il tarixlərində İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) üzv ölkələrinin iştirakı ilə Türkiyənin İstanbul şəhərində SMIIC-in Direktorlar Şurasının 24-cü və Baş Assambleyasının 17-ci iclası keçirilib. İclasda ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu təmsil edib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) standartlaşdırma və metrologiya sahəsində əsas qurumu olan SMIIC-in məqsədi yüksək keyfiyyət standartlarının hazırlanması vasitəsilə İƏT-ə üzv dövlətlərin rifahının yüksədilməsi, üzv ölkələrdə standartların uyğunlaşdırılması fəaliyyətinin həyata keçirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, üzv ölkələr arasında ticarətin inkişafına dəstək göstərilməsi, eyni zamanda standartlaşdırmanın, sertifikatlaşdırmanın və metrologiyanın inkişafı ilə insanın həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsul istehsalı və xidmətlərin göstərilməsinin qarşısının alınmasıdır. İnstitut həmçinin üzv dövlətlər arasında materialların, sənaye mallarının mübadiləsinin sürətləndirilməsi məqsədilə sertifikatların qarşılıqlı tanınmasına xidmət edir.

 

Bizim partnyorlarımız