12 Yanvar 2023

İSO/IEC 27001:2022 “İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminə olan tələblər” baş auditor təlimi keçiriləcək

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı 06 - 10 fevral 2023-cü il tarixlərində İSO/IEC 27001:2022 beynəlxalq standartı üzrə təlimin keçirilməsini planlaşdırır.

Təlimin məqsədi:

- müəssisədə informasiya təhlükəsizliyinin qanunların və normativ sənədlərin tələblərinə uyğun təmin  edilməsi;

- riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlanılması;

- maraqlı tərəflərin təşkilata olan inam və etibarının artmasının təmin edilməsi;

- fəaliyyətin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması;

- informasiya təhlükəsizliyi üzrə risklərin effektiv idarə edilməsi;

- təhlükəsizliyə təsir göstərən amillərə nəzarət edilməsi;

- informasiyanın real təhlükələrdən mühafizəsi üzrə adekvat tədbirlərin görülməsi;

- informasiya təhlükəsizliyi idarəetmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsı;

Beynəlxalq standartların (İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına, korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir.

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)

E-mail:office@azstand.gov.az

s.aliyev@azstand.gov.az

mob:+994 50 312 15 49

 

Bizim partnyorlarımız