17 May 2019

17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) 2006-cı ildə qəbul etdiyi qərara əsasən, hər ilin 17 may tarixi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. 1865-ci ilin bu tarixində Parisdə birinci Beynəlxalq Teleqraf  Konvensiyası imzalanmış və 1969-cu ilin yenə bu tarixində Beynəlxalq Telekommunikasiya İttifaqı yaradılmışdır. 2019-cu ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün 50 illik yubileyi qeyd olunur və bu il təşkilatın şüarı “Standartlaşdırma üzrə boşluqların aradan qaldırılması”dır(“Bridging the Standardization Gap”).

BMT-nin ixtisaslaşmış orqanı kimi İTU-nun prinsipial vəzifələrindən biri məhz informasiya-telekommunikasiya sferasında beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir. İTU standartları İKT vasitələrinin  dayanıqlı inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin həllində əsas vasitədir.

Standartlaşdırma üzrə boşluqların aradan qaldırılması (BSG) İTU-nun dünyanın birləşdirilməsi üzrə fundamental missiyasının əsas tərkib hissəsi olmaqla təşkilatın standartlaşdırma fəaliyyəti üzrə 5 sektoral istiqamətindən biridir. BSG proqramının əsas məqsədi inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrə nəzərən beynəlxalq İTU standartlarının qəbulu, tətbiqi və bu standartlara təsir imkanlarında mövcud olan fərqlərin aradan qaldırlmasından ibarətdir. Bu baxımdan BSG proqramı inkişaf etməkdə olan ölkələrin İTU standartlarının hazırlanması prosesində səmərəli iştirakını, mövcud standartlara dair məlumatlılığınartırılması və bu istiqamətdə həmin ölkələrə dəstək göstərilməsini nəzərdə tutur.

2019-cu ilin şüarı İTU-ya üzv ölkələr və digər bütün maraqlı tərəflərə aşağıdakı perspektiv istiqamətlər üzrə hədəflərin müəyyən edilməsinə imkan verir:

  • - Inkişaf etməkdə olan ölkələrin İTU standartlarının işlənib hazırlanmasında iştirakı;
  • - Yerli ekspertlərin milli, regional və beynəlxalq səviyyədə standartlaşdırma prosesində hüquq və imkanlarının genişləndirilməsi;
  • - Beynəlxalq standartların inkişaf etməkdə olan ölkələrdə tətbiqi üzrə fəaliyyətin təşviqi.

  •  

Bizim partnyorlarımız