21 İyun 2019

İSO-nun “Marketinq və əlaqələr“ mövzusunda regional seminarı keçirilmişdir.

18-20 iyun tarixlərində Daşkənd şəhərində “Marketinq və əlaqələr“ mövzusunda regional seminar keçirilmişdir.

Seminarda üzv ölkələrdə standartlaşdırma sahəsinin daha geniş inkişafı,  İSO standartlarının və digər beynəlxalq nəşrlərinin tətbiqi, daxili bazarın keyfiyyətli və təhlükəsiz məhsullarla təmin edilməsi, xarici investisiyalarda beynəlxalq standartların tətbiqi, həmçinin milli standartlaşdırma orqanlarının İSO texniki komitələrinin fəaliyyətində birbaşa iştirakı məsələləri hərtərəfli müzakirə edilmişdir.

Məlumat üçün qeyd edək ki, bütün  ölkələrdə İSO beynəlxalq standartları və onların milliləşdirilmiş formaları üzərində iş kommersiya və müəlliflik hüquqlarının qorunması prinsipləri əsasında milli standartlaşdırma orqanları tərəfindən həyata keçirilir. Bu istiqamətdə  orqanların fəaliyyəti  İSO tərəfindən qəbul edilmiş İSO POCOSA sənədinə əsasən tənzimlənir.                                                                               

Seminar dünya üzrə Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiyadan olan milli standartlaşdırma orqanlarının qeyd olunan sahələrdə fəaliyyətlərini düzgün şəkildə qurması və həyata keçirməsi üçün təşkil olunmuşdur. 

“Azərbaycan Standartlaşdırma İnstitutu”nun  əməkdaşı Nurlan Hacızadə və qeyd olunan regionların 15-dən çox milli standartlaşdırma orqanlarının nümayəndələri  iştirak etmişdir.

Bizim partnyorlarımız