12 İyul 2019

Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir

Dünyada baş verən iqtisadi və siyasi çağırışlara adekvat cavab verilməsi, Azərbaycanın postneft erasına uğurla addım atması üçün respublikada istehsal olunan məhsulların keyfiyyətinin və rəqabətqabiliyyətinin artırılması üçün texniki tənzimləmə və standartlaşdırma sisteminin təkmilləşdirilməsi həlledici rol oynayır.

Bu baxımdan cənab Prezident İlham Əliyev tərəfindən aparılan ardıcıl islahatlar keyfiyyət infrastrukturu sahəsini də əhatə etməklə qabaqcıl beynəlxalq təcrübəyə uyğun müasir texniki tənzimləmə və standartlaşdırma sisteminin formalaşdırılmasına yönəlmişdir.

Keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində aparılan ən vacib hüquqi islahatlardan biri kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Standartlaşdırma haqqında Qanun" təsdiq  edilmişdir.

Qanunun əsas məqsədi dünya iqtisadiyyatına və beynəlxalq sistemə bərabər hüquqlu tərəfdaş kimi inteqrasiyanın, sahibkarlıq fəaliyyəti üçün minimum müdaxilənin və standartlaşma sistemində özəl sektorun daha aktiv iştirakının təmin edilməsindən ibarətdır.

Qanun standartlaşdırmanın məqsəd və prinsipləri, normativ sənədlərin hazırlanması və qəbulu, bu sahədə beynəlxalq əməkdaşlıq, milli standartlaşdırma qurumunun funksiyaları, texniki komitələrin fəaliyyətinin təşkili, müəlliflik hüquqları qorunmaqla standartlaşdırma üzrə sənədlərin yayımı, Standartlaşdırma üzrə Dövlət Fondunun formalaşdırılması və idarə olunması, uyğunluğun qiymətləndirilməsi kimi əhəmiyyətli məsələlərin hüquqi əsasını müəyyən edir.

“Standartlaşdırma haqqında Qanun”un ölkə iqtisadiyyatı və sahibkarlığın inkişafına aşağıdakı istiqamətlərdə dəstək verəcəyi nəzərdə tutulur:

  • - Məhsul və xidmətlərin rəqabətqabiliyyətinin artırılması;
  • - Yerli istehsal məhsulları və xidmətlərin daxili və xarici bazarlara çıxışının asanlaşdırılması;
  • - Biznes strukturlarının milli standartların hazırlanması və beynəlxalq standartlaşdırma prosesində yaxından iştirakının təmini;
  • - İqtisadiyyatın bütün sahələrində mütərəqqi standartların istifadəsi vasitəsilə innovasiyaların tətbiq edilməsi.

Bizim partnyorlarımız