23 İyul 2019

Azərbaycan Standartlaşdırma İnstitutuna cari ilin 22-23 iyul tarixlərində Aİ-nin TAEİX ekspert missiyası baş tutmuşdur

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Standartlaşdırma haqqında Qanun”  təsdiq edilmişdir.

Yeni qanunda təsbit olunmuş bir sıra hüquqi və institusional məsələlərə dair nəzəri biliklərin artırılması və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə cari ilin 22-23 iyul tarixlərində Azərbaycan Standartlaşdırma İnstitutuna könüllü standartlaşdırma sisteminə keçid üzrə Aİ-nin TAEİX ekspert missiyası təşkil olunmuşdur. Missiya çərçivəsində Almaniya İqtisadi İşlər və Enerji Nazirliyinin Standartlaşdırma Departamentinin müdiri Tomas Zilke və Almaniya  Elektronika və İnformasiya Texnologiyaları üzrə Assosiyasiyanın (DKE) Texnologiya Departmanetinin rəhbəri Kevin Behniş tərəfindən İnstitutun əməkdaşları üçün yeni standartlaşdırma sisteminin tələbləri, milli qurumun funksiyaları, standartlaşdırma üzrə milli proqramının tərtibi, texniki komitələrin fəaliyyətinin təşkili, Avropa standardartlarının qəbulu, risklərin qiymətləndirilməsi metodları, texniki tənzimləmə, bazara nəzarət, uyğunluğun qiymətləndirilməsi sahəsində qanunvericiliyin işlənib hazırlanmasına dair müzakirələr aparılmışdır. Tədbirin yekununda ekspertlər tərəfindən  iştirakçıları maraqlandırın suallar cavablandırılmış, bu tipli tədbirlərin gələcəkdə də intensiv qaydada keçirilməsinin heyətin bilik və bacarıqlarının artırılması, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə büyük töhvə verəcəyinə inam ifadə olunmuşdur.

Bizim partnyorlarımız