27 Sentyabr 2019

14 oktyabr 2019 Ümumdünya Standartlar günü - Video standartları global bir mərhələnin yaranmasının təminatçısıdır.

Hər il oktyabr ayının 14-ü İSO, İEC və İTU üzvləri tərəfindən dünyada beynəlxalq standartların hazırlanması ilə məşğul olan minlərlə mütəxəssisin işini birgə qiymətləndirməyə imkan verən Ümumdünya Standartlar Günü qeyd edilir.

Heç kəsə sirr deyil ki, yeni video formatlarının inkişafındakı nailiyyətlər dünyamızı dəyişdirməklə, əyləncə sənayesində inqilabi yeniliklər etməklə bütün  yer üzündəki dostları və yaxınları birləşdirdi, ünsiyyət təcrübəmizi zənginləşdirdi və tibbi təhsil və xidmətimizi inkişaf etdirməyə imkan verdi.

Belə ki, son onilliklərdə tətbiq olunmağa başlayan innovasiyalar  video keyfiyyətinin  yaxşılaşdırılması baxımından əsaslı dünüşün yaranmasına səbəb olmuşdur.  Həmçinin videolar daha əlçatan olmaqla, bütün dünyada insanlara öz həyat hekayələrini daha canlı və parlaq  şəkillərdə paylaşmağa imkan vermişdir.  Bütün bu nailiyyətlərə ancaq beynəlxalq standartların sayəsində müvəffəq olunmuşdur.

IEC, ISO və ITU-nun birgə səyi nəticəsində ərsəyə gələn video “sıxılması” üzrə alqoritmlərə dair beynəlxalq standartlar  iki “Primetime Emmy”mükafatına layiq görülmüşdür ki, bu da qlobal miqyaslı şəbəkələrdə ən populyar tətbiqlərdən biri olaraq videoya artan tələbatı ödəmək üçün mütərəqqi standartların vacib əhəmiyyətindən xəbər verir.

Beynəlxalq standartlar sənayenin maraqlarına cavab verir, bununla yanaşı ona öz qazanclarını artırmaqla bir investisiya mühitindən növbətisinə daha  hamar bir keçidi təmin edir.

Bütün dünyada tanınmış və qəbul olunmuş  standartların olması, istifadə edilən cihazdan asılı olmayaraq arxivlənmiş videonun başqa bir cihazda sərbəst saxlana bilməsinə imkan verir.

Bu mexanizm, bazarın genişlənməsi,  iri miqyaslı iqtisadi səmərəliliyin təmini üçün əhəmiyyətli olub novatorlara yeni tətbiq və xidmətlərə investisiya qoymağa inam yaradır.

Bizim partnyorlarımız