01 Noyabr 2019

Respublikada inyeksiya üçün birdəfəlik steril şprislərə dair standart təsdiq edilib

Ölkədə keyfiyyətsiz (standartların tələblərinə cavab verməyən) tibb vasitələrinin istehsalının və ölkəyə idxalının qarşısının alınması, əhalinin keyfiyyətli tibb vasitələri ilə təmin edilməsi məqsədi ilə Azərbaycan Standartlaşdırma İnstitutu inyeksiya üçün birdəfəlik steril tibbi şprislərə və onların sınaq metodlarına dair ISO 7886-1:2017 “Sterile hypodermic syringes for single use — Part 1: Syringes for manual use” (İnyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı  əsasında Azərbaycan Respublikasının dövlət standartı AZS 877: 2019 (ISO 7886-1: 2017) “İnyeksiya üçün birdəfəlik steril şprislər Hissə 1: Əlilə istifadə üçün şprislər”  işlənib hazırlanmışdır.

Məqsəd Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, daxili bazarda rəqabətə davamlı tibb avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

Standartın layihəsi Azərbaycan Respublikasının İqtisadiyyat və Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq İnstitutun 27 sentyabr 2019-cu il tarixli 192323400027 saylı əmri ilə təsdiq edilmiş və 01.11.2019-cu il tarixindən qüvvəyə minmişdir.

Bizim partnyorlarımız