04 Noyabr 2019

Ölkədə neft-kimya sahəsində iki yeni standart təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən işlənib hazırlanmış AZS 879-2019 “40/60 Markalı yol bitumu. Texniki şərtlər”, AZS 880-2019 “Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq. Texniki şərtlər” standart layihələri işlənib hazırlanaraq milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutuna təsdiq üçün təqdim edilmişdir.

Standart layihələri müvafiq olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava yolları” QSC Heydər Əliyev adına Neft Emalı Zavodu ilə razılaşdırılaraq“ Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki komitədə (AZSTAND/TK 20) müzakirə edilmiş və Azərbaycan Standartlaşdırma İnstitutunun  “01” noyabr 2019-ci il tarixli 192323400032 və 192323400033 nömrəli əmrləri ilə təsdiq edilmişdir.

Yeni standartlar dekabrın 1-dən qüvvəyə minib.

Bizim partnyorlarımız