06 Dekabr 2019

Bugün birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkilməsi aksiyası keçirildi.

Möhtəşəmliyi ilə diqqəti cəlb edən layihə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub. Əhalinin çox müxtəlif kateqoriyalarının yüksək qiymətləndirdiyi və yaxından iştirak etdiyi aksiyada Yeni Azərbaycan Partiyasının təmsilçiləri xüsusi fəallıq göstərmişdir. Aksiyada həmçinin, Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları da iştirak etmişdir. Aksiyaya göstərilən bu həssaslıq ümummilli lider Heydər Əliyevin təbiətə, yaşıllığa, ağaclara hər kəsə məlum olan qayğısından qaynaqlanır. Nəsiminin xatirəsinə insanlarımızın dərin hörmət və ehtiramını ifadə edən aksiyada 650 min ağac əkilmişdir. Bu kimi layihələrin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına, şəfqət və xeyirxahlıq, insana qayğı kimi ali dəyərlərin möhkəmləndirilməsinə xidmət göstərir və bu səbəbdən də insanların belə təşəbbüslərə biganə qalması mümkün deyil.
Sözügedən aksiya bütün bölgələrdə əhalinin böyük bir qismini əhatə etdi. Aksiya zamanı yüksək əhval-ruhiyyə müşahidə olundu. Sanki bütün xalq təşəbbüsə qoşulmaqla özünün dərin və sarsılmaz həmrəyliyini, iqtidar-xalq birliyini bir daha nümayiş etdirmək fürsəti qazanmış oldu. Əslində, 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi. Bu da insanların Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirilən və böyük vədlər verən siyasətinə dərin inamını bir daha göstərdi.

Bizim partnyorlarımız