29 Yanvar 2020

10-14 fevral 2020-ci il tarixlərdə İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər” mövzusunda təlim keçiriləcək

    Hazırda ölkə iqtisadiyyatında baş ver­miş köklü dəyişikliklər, iqtisadiyyatın davamlı inkişafına, bütün sahələrin ba­zar münasibətlərinə keçməsinə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsinə və beynəlxalq səviyyədə nüfuzunun artmasına səbəb olmuşdur. Lakin dünya bazarında rəqabətin daha da sərtləşməsi, satış ba­zar­la­rı­nın beynəlmiləlləşməsi, yeni texnologiyaların tə­siri, strateji resursların ça­tışmazlığı, əksər bazar seqment­lə­ri­nin əmtəə ilə dolması, valyuta pri­oritetlərinin genişlənməsi, bir çox müəssisələrin mütərəqqi-mar­ke­tinq konsepsiyalarını real­laş­dırması beynəlxalq standartların tələblərinin öyrənilməsini və onun idarəetmə sisteminə tətbiqini aktuallaşdırır. Odur ki, inkişaf etmiş ölkələrin müəssisə və təşkilatlarının idarəetmə sisteminə beynəlxalq standartların tətbiqinin qabaqcıl təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

   “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-Tədris Mərkəzi–İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı 10-14 fevral 2020-ci il tarixlərdə İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər” mövzusu üzrə təlimlərin keçirilməsini planlaşdırıb.

    Beynəlxalq standartların(İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına,korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir. 

    Eyni zamanda İnstitut cari ildə davamlı olaraq aşağıda göstərilən standartlar üzrə təlimlərin keçirilməsini planlaşdırıb:

İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər”

qanunların və normativ sənədlərinin tətbiqini təmin etmək,

riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlamaq.

İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər”

Laboratoriyaların sınaq və ya kalibrasiya predmetlərinin birmənalı identifikasiyası üçün sistemin təmin edilməsi.

İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sisteminə olan tələblər”

zərərli tullantıların qanunvericiliyə uyğun buraxıla bilən səviyyədə olmasının təmini,

riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlamaq.

İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi.Tələblər”

əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət edilməsi,

işçilərin əməyin təhlükəsizliyi sahəsində səriştəliliyinin təmin edilməsi.

İSO/IEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminə olan  tələblər

müəssisədə informasiya təhlükəsizliyinin, qanunların və normativ sənədlərin tələblərinə uyğun təmin  edilməsi.

İSO 17065:2013 “Məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara olan tələblər”

Məhsul nümunələrinin götürülməsini və eyniləşdirilməsinin təmin edilməsi.

İSO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində iştirak  edən təşkilatlara olan tələblər”

istehsal olunan qidanın təhlükəsiz olmasının təmin edilməsi,

kritik nəzarət nöqtələrini müəyyən edilməsi və kritik hədləri buraxıla bilən səviyyədə saxlanması.

İSO 31000:2018 “Risklərin idarə edilməsi 

Təhlükələrin məzmunu barədə,

Təhlükələrin baş vermə ehtimalı barədə,

Planlaşdırılan tədbirlər barədə.

    Təlimlər Beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təlim proqramı əsasında Azərbaycan Standartlaşdırma İnstitutunun peşəkar təlimçi-müəllim heyəti tərəfindən aparılacaqdır.

     Təlimlərin nəticələrinə əsasən verilən sertifikatlar Ingiltərədə Beynəlxalq  “İRCA”  təşkilatında qeydiyyata alınacaqdır.

    Təlimlərin keçirilmə yeri və tarixi barədə əlavə məlumat müvafiq qruplar formalaşandan sonra bildiriləcəkdir.

 

Bizim partnyorlarımız