03 Fevral 2020

AZS 881: 2019 dövlət standartı qüvvəyə minmişdir.

AZS 881: 2019 “Elektrik enerjisinin əsas keyfiyyət göstəricilərinə nəzarət və elektrik enerjisinin keyfiyyət göstəricilərini təhrif edən mənbənin (mənbəyə istiqamətin) təyin edilməsi üzrə rəhbəredici sənəd” dövlət standartı qüvvəyə minmişdir.

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin “3.2.3. Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin (ƏİG) tətbiq edilməsi” bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən “Elektrik enerjisinin əsas keyfiyyət göstəricilərinə nəzarət və elektrik enerjisinin keyfiyyət göstəricilərini təhrif edən mənbənin (mənbəyə istiqamətin) təyin edilməsi üzrə rəhbəredici sənəd” dövlət standartı kimi qəbul olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilmişdir.

Standart layihəsi “Azərenerji” ASC tərəfindən işlənib hazırlanmış, “Azərişıq” ASC ilə razılaşdırılmaqla İnstitutun 29 dekabr 2019-cu il tarixli əmri ilə təsdiq edilmişdir.  Dövlət standartı 02.02.2020-ci il tarixindən qüvvəyə minmişdir.

Yeni qəbul olunmuş dövlət standartının tətbiqi ölkədə elektrik enerjisi itkilərinin azaldılmasına, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsinə   şərait yaradacaqdır.

Bizim partnyorlarımız