15 Aprel 2020

Koronavirus (COVID-19) infeksiyasının dünyada tuğyan etməsi laboratoriya mütəxəssislərinin peşəkarlığını və səriştəliliyini tələb edir

Cəmiyyətin inkişaf sürəti, müxtəlif sahələrdə fəaliyyət göstərən laboratoriya mütəxəssislərinin daha çox yeniliklərə meyl etməsini,risklərin düzgün idarə edilməsini və bu istiqamətdə aparılan təlimlərin intensivləşdirilməsini tələb edir. Laboratoriya mütəxəssislərinin peşəkarlıq və səriştəlilik səviyyəsinin yüksəldilməsi hazırda önəmli bir hədəf olaraq ən zəruri, ən ehtiyac duyulan sahələrdən biridir.

Peşəkarlıqla səriştəliliyin laboratoriya mütəxəssislərində cəmləşməsi onların bu sahədə ustalığının və novatorluğunun əsas əlamətləri kimi qeyd olunur. Sürətlə dəyişən və yeniləşən cəmiyyət laboratoriya mütəxəssislərinin hazırlıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm tələblər verir.

Hazırda Beynəlxalq standartlar (İSO) laboratoriya mütəxəssislərinin peşəkar və səriştəli olmalarına yeni tələblər verdiyindən bu sahədə praktik fəaliyyəti gücləndirə bilən nəzəri tədqiqatlara ehtiyac artır. Peşəkarlığın və səriştəliliyin özülü ilkin olaraq nəzəri baxımdan təhsildə, praktiki baxımdan   isə iş prosesində qoyulur.
Ökəmizin dinamik inkişafı,onun iqtisadiyyatının və maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqi, müxtəlif sahələrdə calışan laboratoriya işçilərinin peşəkarlıq səviyyələrinin artırılması sahəsində bir sıra uğurlu işlərin görülməsinə səbəb olmuşdur. Bunlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və peşəkarlıq və səriştəlilik sahəsində keyfiyyət göstəricilərinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasına ehtiyac vardır.

Dünyada mövcud olan beynəlxalq standartların tələblərinə uyğun olaraq laboratoriyalar sahəsində yeniliklərin öyrənilməsi və tətbiq edilməsi  bu sahədə işləyən mütəxəssislərdən yaradıcı təfəkkür, təşəbbüskarlıq tələb etdiyindən onların peşəkarlıq və səriştəlilik səviyyələrinin artırılması, innovasiyaları öz fəaliyyətlərinə gətirmələri mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda müxtəlif sahələrdə  fəaliyyət göstərən laboratoriya mütəxəssislərinin peşəkarlığını və səriştəliliyini artırmaq üçün  İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər”, İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər”,ISO 31000:2018 “Risklərin idarə edilməsi -Təlimatlar” standartları üzrə, tibbi sahə üzrə isə İSO 13485:2016 Tibbi cihazlar “Keyfiyyəti idarəetmə sistemi. Məqsədlərin tənzimlənməsi üçün Tələblər” və İSO 15189:2015 Tibbi laboratoriyalar. “Keyfiyyətə və səriştəliliyə olan şəxsi tələblər” standartları üzrə təlimlərdə iştirak etmələri Koronavirus (COVID-19) infeksiyası üzrə ehtimal olunan risklərin qarşısının alınmasında zamanın tələblərinə cavab verərdi.   
   

 

Bizim partnyorlarımız