29 İyun 2020

AZS 883: 2020 (ISO 17523-2016) “Səhiyyə informasiyası – Rəqəmsal reseptlərə dair tələblər” dövlət standartı təsdiq edilmişdir

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin 7.3.2. Prioritet 3.2. İnteqrasiya edilmiş fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması bəndinin icrası məqsədi ilə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən ISO 17523-2016 “Health informatics – Requirements for electronic prescriptions” beynəlxalq standartı əsasında qanunvericiliyə uyğunlaşdırılaraq  AZS 883: 2020 (ISO 17523-2016) “Səhiyyə informasiyası- Rəqəmsal reseptlərə dair tələblər” dövlət standartının layihəsi işlənib hazırlanmış və qəbul olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilmişdir.

Dövlət standartının layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutunun 19 iyun  2020-ci il tarixli 202323400039 saylı əmri ilə təsdiq edilmişdir. 

Sözügedən dövlət standartının qüvvəyə minməsi  təyin edilmiş dərman vasitələrinin  nəticə etibarilə təhlükəsiz və etibarlı şəkildə pasiyentə çatdırılmasının və təhlükəsiz  istifadəsinin təmin edilməsi məqsədilə sistemlərin tətbiq edilməsinə imkan yaradacaqdır.

AZS 883: 2020 (ISO 17523-2016 “Səhiyyə informasiyası – Rəqəmsal reseptlərə dair tələblər” dövlət standartının qüvvəyə minmə tarixi 19 iyul 2020-ci il müəyyən edilmişdir.

Bizim partnyorlarımız