01 İyul 2020

Azərbaycanda “Tütün-tütün məmulatları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 28) yaradılıb

Milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutunun 27 iyun 2020-ci il tarixli 202323400042 nömrəli əmri ilə “Tütün-tütün məmulatları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 28) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd tütün istehsalı, emal məhsullarının stimullaşdırılması, bu sahə üzrə beynəlxalqa standartların əsasında yeni standartların işlənib hazırlanması, ekspertizası, dəyişiklik edilməsi, mövcud standartlara yenidən baxılması prosesini həyata keçirməkdən və həmçinin, müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Tütün-tütün məmulatları”nın standartlaşdırılması üzrə Texniki Komitəyə sədirlik “Azərtütün ASK” MMC tərəfindən həyata keçiriləcəkdir.

 (AZSTAND/TK 28) strukturuna “İnter-Tabacco” MMC, “European Tobacco-Baku” ASC, “Japan İnternational”, “Tabattera”, “British American Tobacco” və Reemtsma İmperial Tobacco Group” qeyri-dövlət təşkilatlar daxildir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Bizim partnyorlarımız