03 İyul 2020

Respublikada yeni növ koronavirus (covid-19) pandemiyasi ilə əlaqədar görülən tədbirlər çərçivəsində qoruyucu maskalara dair iki yeni normativ sənəd qəbul edilmişdir.

Ölkədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində, milli standartlaşdırma qurumu olan  Azərbaycan Standartlaşdırma İstitutu tərəfindən avropa standartları əsasında AZS 884: 2020 “Tibbi maskalar Tələblər və sınaq metodları” və AZS 885:2020  “Əməyin təhlükəsizliyi standartlar sistemi. Tənəffüs orqanlarının fərdi mühafizə vasitələri. Aerozollardan müdafiə üçün filtrləşdirici yarımmaskalar. Ümumi texniki şərtlər” dövlət standartları işlənib hazırlanmış və Azərbaycan Standartlaşdırma İnstitutunun 202323400043 saylı 01 iyul 2020-ci il tarixli Əmri ilə qəbul edilmişdir.

Dövlət standartları Azərbaycan Respublikasının İqtisadiyyat  Nazırliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə razılaşdırılmışdır.

AZS 884: 2020 və AZS 885:2020  dövlət standartlarının qəbul edilməsində əsas məqsəd ölkənin pandemiya ilə mübarizə apardığı bir dövrdə əhalini beynəlxalq tələblərə cavab verən  təhlükəsiz və keyfiyyətli tibbi ləvazimatlara təmin etməkdən ibarətdir.

Dövlət standartları 01 iyul 2020-ci il tarixindən qüvvəyə minmişdir.

Bizim partnyorlarımız