14 İyul 2020

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən spirt və dezinfeksiyaedici vasitələrə dair yeni normativ sənədlər qəbul edilmişdir

Ölkədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində, milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən avropa standartları əsasında AZS GOST 5962: 2020 “Qida xammalından alınan  rektifikasiya edilmiş etil spirti. Texniki şərtlər” və AZS GOST R 58151.1 :2020 “Dezinfeksiyaedici vasitələr. Ümumi texniki tələblər” dövlət standartları işlənib hazırlanmış və Azərbaycan Standartlaşdırma İnstitutunun 202323400044 saylı  10 iyul  2020-ci il tarixli Əmri ilə qəbul edilmişdir.

Dövlət standartları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmışdır.

AZS GOST 5962 : 2020 və AZS GOST R 58151.1 :2020 dövlət standartlarının qəbul edilməsində əsas məqsəd  əhalini beynəlxalq tələblərə cavab verən  təhlükəsiz və keyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.

Dövlət standartları 10 iyul 2020-ci il tarixindən qüvvəyə minmişdir.

 

 

Texniki tənzimləmə və standartlaşdırma departamenti.

 

Bizim partnyorlarımız