13 Avqust 2020

Yeni AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartı təsdiq edilmişdir

Azərbaycan Respublikasının standartlaşdırma sisteminin beynəlxalq və regional standartlaşdırma sisteminə uyğunlaşdırmaq,  Respublika ərazisində çıxarılan Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər”  dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və “Naftalan nefti və ondan alınan məhsullar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə edilmişdir.

Dövlət standartının layihəsi Azərbaycan Respublikası Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi, “Qətransız Naftalan Məlhəmi” MMC və digər strukturlar ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutunun  13 avqust 2020-ci il tarixli Əmri ilə təsdiq edilmişdir.  

Respublika ərazisində çıxarılan naftalan neftinə dair yeni qəbul olunmuş dövlət standartının tətbiqi ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına, əhaliyə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi turizmin inkişafına təkan verəcəkdir.   

Bizim partnyorlarımız