30 İyul 2020

Azərbaycanda “Əməyin təhlükəsizliyi ” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb

Azərbaycan Standartlaşdırma İnstitutunun 27 iyul 2020-ci il tarixli 202323400048 saylı əmri ilə “Əməyin təhlükəsizliyi ” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 21) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd əmək və peşə sahəsini tənzimləyən təhlillərin normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Əməyin təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 21) sədrliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirəcəkdir.

AZSTAND/TK 21-in strukturuna Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Bizim partnyorlarımız