08 Noyabr 2020

AZS 888:2020 “Buğda. Texniki şərtlər.” dövlət standartı təsdiq edilmişdir

Səfərbərlik və dövlət ehtiyatlarının mövcud vəziyyətinin müəyyən edilməsi, idarə edilməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və tədbirlərin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə yaradılmış Komissiyanın ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının müzakirəsi məqsədi ilə 2020-ci ilin 25 iyul tarixində videokonfrans formatında keçirilmiş müşavirəsinin Protokolundan  irəli gələrək Azərbaycan Standartlaşdırma İnstitutunda yaradılan işçi qrup tərəfindən AZS 888:2020 “Buğda. Texniki şərtlər.” dövlət standartının layihəsi işlənib hazırlanmış və “Taxıl və taxıl məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 30)  müzakirəyə çıxarılmışdır. 

AZS 888:2020 “Buğda. Texniki şərtlər.” dövlət  standartı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutunun 04 noyabr 2020-ci il tarixli 202323400075 saylı əmri ilə təsdiq edilmişdir.

Bizim partnyorlarımız