12 Noyabr 2020

Avropa İttifaqının Azərbaycana dəstək layihəsinə start verilir

4 noyabr 2020-ci il tarixində onlayn Webex platforması üzərindən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqının üzv dövlətləri olan Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi (BMWi), İspaniyanın Standartlaşdırma Assosiasiyası (UNE) və İsveçin Standartlaşdırma İnstitutundan (SİS) ibarət Konsorsium tərəfindən icra ediləcək və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın icrasına dair Azərbaycan Standartlaşdırma İnstitutuna Dəstək” adlı Tvinninq layihəsinin rəsmi açılışı keçirilmişdir.  

Bu Tvinninq layihəsi müasir standartların qəbul edilməsi, milli standartların beynəlxalq səviyyədə qəbul olunmuş tələblərə cavab verən standartlara uyğunlaşması prosesinə töhvə verməkdə Azərbaycan Standartlaşdırma İnstitutunu (AZSTAND) dəstəkləyəcəkdir.

Tvinninq layihəsi 2020-ci il 1 noyabr tarixindən 2022-ci il 30 aprel tarixinə qədər BMWi, UNE, SIS və AZSTAND tərəfindən icra ediləcəkdir.

Onlayn tədbirdə Üzv Dövlətin Layihə Rəhbəri Dr. Thomas Zielke, Benefisiar Ölkənin Layihə Rəhbəri Prof. Dr. Namiq Tağıyev, Üzv Dövlətin kiçik layihə nümayəndələri, Aİ Nümayəndəliyinin Proqram Rəhbəri Ülviyyə Abdullayeva, PAO nümayəndəsi Bəşirə Hacıyeva, eləcə də, benefisiar ölkə institutunun və üzv dövlətlərin nümayəndələri iştirak etmişlər.

Bizim partnyorlarımız