01 Dekabr 2020

Un və çörəyə dair yeni standart layihələri hazırlanmışdır

Əhalinin sağlam, keyfiyyətli un və çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Un. Texniki şərtlər” və “Çörək. Texniki şərtlər” standart layihələri hazırlanmışdır. Standartlar un və çörəyin keyfiyyət və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş məcburi tələbləri müəyyən edir. Standart layihələri  razılaşdırılması üçün müvafiq qurumlara təqdim edilmişdir.

Bizim partnyorlarımız