01 Dekabr 2020

Neft-qaz və Neft-kimya Məhsullarının Sınaq laboratoriyası

“Neft-qaz və Neft-kimya Məhsullarının Sınaq laboratoriyası” 2017-ci ildən etibarən Azərbaycan Standartlaşdırma İnstitutunun tabeliyində fəaliyyət göstərir və ölkədə bu sahədə akkreditasiyadan keçmiş ən nüfuzlu laboratoriyalardan biridir. Laboratoriya ən yeni texnologiya ilə istehsal edilmiş avadanlıq və ölçmə vasitələri ilə  təchiz olunmuşdur. Laboratoriyada 40-dan çox müasir  avadanlıqlar mövcuddur və bu avadanlıqlar beynəlxalq tələblərə cavab verən Amerika, Fransa, Yaponiya, Avstraliya firmalarından əldə edilmişdir. Sınaq laboratoriyasında neft-qaz və neft-kimya məhsullarının normativ sənədlərə əsaslanaraq bütün fiziki-kimyəvi parametrləri analiz olunur.

Laboratoriyada aşağıda adları çəkilən sınaqlar aparılır:

  • Təbii qazda C6+ birləşmələrinin,  propanın,  izobutanın, normal butanın, etanın, oksigenin miqdarının, nisbi sıxlığının, yuxarı və aşağı Vobbi ədədinin və s. təyini.
  • Dizel yanacağının rəngin,  xarici görünüşünün,  naften turşularının,  qələvi ədədinin,  Politsiklik aromatik karbohidrogenlər(PAH),  Kükürdün,  Setan ədədinin və s.  təyini.
  • Kerosin Aviasiya yanacağında turşu və qələvi ədədinin,  aromatiklərin,  sulfatlaşmış külün miqdarının,  fraksiya tərkibinin, karbohidrogenlərin,  üzvi xlorun və azotun  və s. təyini.
  • Benzin yanacağında merkaptan kükürd və hidrogen sulfidin kütlə payının, kükürdün miqdarının, turşu ədədinin, fraksiya tərkibinin, sıxlığın və s.  təyini.
  • Mühərrik yağlarının sınağı, əyləc mayesinin sınağı, lay suları, tullantı sularının sınağı, xam neftin sınağı, yodun sınağı və s.
  • Lak, boyalara, kimyəvi yuyucu  və digər vasitələrin sınağı.

Bizim partnyorlarımız