Missiya və vizyon

Missiya:

Bizim missiyamız biznes, sənaye, maliyyə, xidmət sahələri, elmi-tədqiqat və araşdırma mərkəzləri, istehlakçıları, ticarət birliklərini, orta və iri sahibkarlıq subyektlərini həmçinin digər ictimai və özəl qrumları özndə ehtiva edən maraqlı tərəflərin ehtiyaclarının təmin edilməsidir.

Biznesin, cəmiyyətin və dövlətin daha təhlükəsiz və effektiv olması məqsədi ilə aşağıda göstərilən istqamətlər üzrə şəraitin yaradılması üçün:

- Yeni biliklərin əldə edilməsi və yayılması;

- Texniki maneələrin aradan qaldırılması;

- Yerli məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksədilməsi;

- İstehlakçıların maraqların müdafiəsinə yardımçı olması;

- Texniki tənzimləmənin, standartlaşdırmanın, uyğunluğun qiymətləndirilməsinin, informasiya təminatının və idarəetmə sisteminin istifadəsi ilə innovasiyaların tətbiqi.

AZSTAND milli standartlaşdırma orqanı kimi ölkəmizdə sahibkarların, istehlakçıların və digər standart istifadəçilərinin müvafiq məhsul və xidmətlər üzrə fayda əldə etməsinin təminatçısıdır.

Bizim məqsədimiz məhsul və xidmətlər üzrə keyfiyyət, təhlükəsizlik, ətraf mühit ə əlçatanlıq tələblərini özündə birləşdirən yüksək keyfiyyətli standartların hazırlanmasıdır.

Biz aktiv şəkildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), Avropa Standartlaşdırma Komitəsi (CEN) və digər beynəlxalq və regional standartlaşdırma təşkilatları ilə sıx əməkdaşlıq edirik.

Vizyon:

2020-ci il üçün texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, informasiya təminatı, sınaqlar, idarəetmə sistemləri, məhsulların və xidmətlərin üzrə uyğunluğun təsdiqi sahəsində regionda ən qabağcıl elmi-texniki mərkəzə çevirlməsidir.


Bizim partnyorlarımız