Sınaqlar

Azərbaycan Standartlaşdırma İnstitutunun publik hüquqi şəxsin tabeliyində faəliyyət göstərən Səyyar asfaltbeton Sınaq Laboratoriyası, Tikinti Materiallarınin Sınaq Laboratoriyası, Yüngül Sənaye Məhsullarının Sınaq Laboratoriyası, Neft-Qaz və Neft-Kimya Məhsullarının Sınaq Laboratoriyası və İmişli Tikinti Materiallarının Sınaq Laboratoriyası müasir tələblərə cavab verir.

Laboratoriyalarda Avropa Standartlarına cavab  verən Türkiyə, Almaniya, ABŞ, Yaponiya və Rusiya və digər qabaqcıl ölkələrdə istehsalı olan avadanlıq və cihazlardan istifadə etməklə keyfiyyət göstəricilərinin təyin edilməsi mümkündür.

Sınaq laboratoriyaları öz fəaliyyətində akkreditasiya sahəsinə uyğun olan beynəlxalq və yerli metodlardan istifadə edərək, təqdim olunan məhsulun fiziki-mexaniki və fiziki-kimyəvi sınaqlarını apararaq, sınaq protokolları ilə rəsmiləşdirir.

Sınaq laboratoriyalarının akkreditasiya sahəsinə dair məlumatlar aşağıdakılardan ibarətdir:

Səyyar asfaltbeton sınaq laboratoriyası

Gəncə tikinti materiallarınin sınaq laboratoriyası

Yüngül sənaye məhsullarının sınaq laboratoriyası

Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası

İmişli tikinti materiallarının sınaq laboratoriyası


Bizim partnyorlarımız