Fəaliyyət

Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına  əsasən milli standartlaşdırma qurumu kimi təsis edilmiş və standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik İnstitututa həvalə edilmişdir.

İnstitutun əsas fəaliyyət istiqamətləri:

- Standartların hazırlanması, qəbulu və ləğv edilməsi;

- Dövlət Standartlar Fondunun idarə edilməsi;

- Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi;

- Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq və  regional təşkilatlarında təmsil edilməsi;

- Standartlaşdırma üzrə xarici ölkələrin təşkilatları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması;

- Standartlaşdırma  və  uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin təşviq edilməsi;

AZSTAND:

- 2017-ci ildən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tamhüquqlu üzv

- Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında iştirakçı (Affiliate Country Program)

- Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda təmsil olunur.


Bizim partnyorlarımız