Məhsulların və xidmətlərin sertifikatlaşdırılması

Məhsulların və xidmətlərin sertifikatlaşdırılması

AZS Milli sertifikatlaşdırma sistemi respublikada istehsal edilən və həmçinin ixrac və idxal olunan məhsulların (proseslərin, xidmətlərin) sertifikatlaşmasının əsasını qoyur.

AZS Milli sertifikalaşdırma sistemi İSO-BEK sənədlərinə, beynəlxalq İSO9000 seriyalı standartlarda və standartlaşmanın əsasını təşkil edən beynəlxalq sənədlərə istinad edərək mövcud olan beynəlxalq norma və qanunlar əsasında qurulur.

Azərbaycan Respublikasında sertifikatlaşdırma sistemi aşağıdakı hüquqi-normativ baza əsasında tənzimlənir:

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 1993-cu il tarixli 343 nömrəli qərarı;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul 1998-ci il tarixli 151 nömrəli qərarı;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli 142 nömrəli qərarı;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 avqust 1998-ci il tarixli 175 nömrəli qərarı;

- Standartlaşdırma haqqında Azərbaycan Respublikasının 16 aprel 1996-cı il tarixli qanunu;

- İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli qanunu;

- Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının 18 noyabr 1999-ci il tarixli qanunu.

Millli uyğunluğun təsdiqi sistemi

Sertifikatlaşdırmanın məqsədi

Sertifikatlaşdırılmanın əsas məqsədi aşağıdakılardır:

- əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühüt üçün təhlükəli olan məhsulların (xidmətlərin) istehsalının (idxalının) və satışının qarşısının alınması;

- Respublikada müəssisələrin və sahibkarların beynəlxalq, iqtisadi, elmi - texniki əməkdaşlıqda, həmçinin daxili bazarda və ticarətdə iştirakı üçün əlverişli şəraitin yaradılması və rəqabətliliyin inkişaf etdirilməsi;

- istehlakçılara məhsulların (xidmətlərin) səriştəli seçilməsində köməklik göstərilməsi.

Sertifikatlaşdırmanın növləri

Sertifikatlaşdırma ilə əlaqədar işlərin həyata keçirilməsi AZS Milli Sertifikatlaşdırma Sisteminin AZS 498-2010 «Oxşar məhsulların sertifikatlaşdırma sistemi»ndə müəyyən edilmiş tələblərə, sertifikatlaşdırma sxemlərinə, həmçinin beynəlxalq normalara müvafiq olaraq həyata keçirilir. Belə ki, konkret məhsula (xidmətə) «uyğunluq sertifikatı»nın verilməsi sertifikatlaşdırma sxemlərində müəyyən edilmiş qaydada yəni, məhsulların sınaqlarının müsbət nəticələrinə, istehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırılmasına əsaslanaraq:

- sınaqları aparılmış nümunəyə və ya təcrübə sınaq partiyasına (1-ci,11-ci və 12-ci sxemlər);

- ticarətdən götürülmüş nümunələrin sınağı əsasında (2-ci sxem); 

- istehsal müəssisəsindən götürülmüş nümunələrin sınağına əsaslanaraq (3-cü sxem);

- həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqları əsasında (4-ci sxem);

- istehsalatın sertifikatlaşdırılması və nümunələrin sınağı əsasında (5-ci, 6-cı 7-ci sxemlər);

- beynəlxalq keyfiyyət sisteminin - 9000 seriyalı - tətbiq edilməsi əsasında (8-ci, 9-cu və 10-cu sxemlər).

Sertifikatlaşdırma ilə əlaqədar işlər, istehsala, idxala və ixraca müvafiq olaraq həyata keçirilir və müvafiq sertifikatlar verilir.

Verilən sertifikatların müddəti sertifikatlaşdırma sxemlərinə və məhsulun mahiyyətinə uyğun olaraq müəyyən edilir.

QEYD: İstehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırılması əsasında verilən sertifikat məhsulun keyfiyyətliliyinə əminliyin ən yüksək formasıdır.


Bizim partnyorlarımız