ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) standartlaşdırma və metrologiya sahəsində əsas qurumu olan İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) məqsədi yüksək keyfiyyət standartlarının hazırlanması vasitəsilə İƏT-in üzv dövlətlərinin rifahının yüksəldilməsi, üzv ölkələrdə standartların uyğunlaşdırılması fəaliyyətinin həyata keçirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, üzv ölkələr arasında ticarətin inkişafına dəstək verilməsi, standartlaşdırmanın, sertifikatlaşdırmanın və metrologiyanın inkişafı ilə insanların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsul və xidmətlərin qarşısının alınmasıdır. İnstitut, həmçinin, üzv dövlətlər arasında materialların, sənaye mallarının mübadiləsinin sürətləndirilməsi məqsədilə sertifikatların qarşılıqlı tanınması üçün uyğunluğun qiymətləndirilməsi sxemlərinin yaradılmasını nəzərdə tutur. 
“İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutun (SMIIC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 601-VIQ nömrəli Qanunu qəbul edilmişdir. 2022-ci ilin 22 noyabr tarixində SMIIC-in Baş Assambleyasında Azərbaycan Respublikasının üzvlüyü təsdiq edilmişdir.

https://www.smiic.org/en/content/726

Beynəlxalq əməkdaşlıq