ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Standartlaşdırma üzrə Milli Proqram

Dünyada baş verən iqtisadi və siyasi çağırışlara adekvat cavab verilməsi, Azərbaycanın postneft erasına uğurla addım atması üçün respublikada istehsal olunan məhsulların texniki səviyyəsinin, keyfiyyətinin və rəqabətqabiliyyətinin artırılması, onların dünya bazarına çıxışının təmin edilməsi, bazarın və istehlakçıların tələblərinə, istehsal prosesinə, eləcə də keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə müasir yanaşma tələb olunur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu məqsədlərə nail olmaq üçün iqtisadiyyatın bütün seqmentləri üzrə beynəlxalq standartların tətbiqi, milli standartlara yenidən baxılması üçün dövrü yoxlamaların həyata keçirilməsi və müasir tələblərə cavab verən yeni standartların işlənib hazırlanması üzrə işlərin sistemləşdirilməsi (proqramlaşdırılması) həlledici rol oynayır.
Milli standartların hazırlanması işlərinin planlaşdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə uyğun olmalı, müasir elmi araşdırmaların nəticələrini nəzərə almalı və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə cavab verməlidir.

Milli standartların hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçirilir.

Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan normativ hüquqi aktların, texniki reqlamentlərin tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanır və beynəlxalq, regional, dövlətlərarası standartların, ilkin milli standartların və qabaqcıl fəaliyyət kodekslərinin hazırlanmasına şamil olunmur.

Standartlaşdırma üzrə milli proqrama daxildir:

► standartların beynəlxalq təsnifat kodu;
► standartların layihələrinin, texniki-iqtisadi informasiya təsnifatlarının adları;
► işlənmənin hazırlanması üçün əsas;
► əsas normativ baza;
► işin icra müddəti;
► maliyyə mənbəyi;
► təklif verən sifarişçi-təşkilatın adı;
► xarici iqtisadi fəaliyyətin mal nomenklaturası.

 

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən Texniki Komitələr və aidiyyəti dövlət və özəl müəssisələrin iştirakı ilə Standartlaşdırma üzrə milli proqramın layihəsi işlənib hazırlanmışdır.

Əlaqələndirici şəxs: Strateji Planlama və Əlaqələndirmə şöbəsinin müdiri Maya Tarverdıyeva

Email: m.tarverdiyeva@azstand.gov.az  Tel: (+994 12) 4413609 (dax. 123)

Beynəlxalq əməkdaşlıq