Əsas vəzifələr

Texniki tənzimləmə və standartlaşdırmanın əsas vəzifələri aşağıdakılardır:

- malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin sərbəst hərəkəti üçün şərait yaradılması və beynəlxalq ticarətdə lüzumsuz  texniki maneələrin aradan qaldırılması;

- daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq məqsədi ilə malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin təkmilləşdirilməsi;

- malların və onlara dair ehtiyat hissələrinin texniki, texnoloji və informasiya uyğunluğunun, eləcə də qarşılıqlı əvəz olunmasının təmin edilməsi;

- mallarda və onların ehtiyat hissələrində olan müxtəlifliklərin aradan qaldırılması və onların qarşılıqlı əvəz olunmasını təmin etməklə, resurslara qənaət olunması və mallara çəkilən istehsal xərclərinin azaldılması;

- malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin ən yaxşı istismar göstəriciləri səviyyəsinə çatdırılması və keyfiyyətinin yüksəldilməsi;

- istehlakçıların mallara (işə, xidmətə) dair tələb və gözləntilərinin müvafiq mallarda öz əksini tapmasına, eləcə də istehlakçılarda malların (işlərin, xidmətlərin) keyfiyyətinə dair etibarın formalaşdırılmasına və malın (işin, xidmətin) keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsinə dəstək göstərilməsi, malın (işin və xidmətin) təhlükəsizliyinə və keyfiyyətinə dair istehlakçılara səhv məlumatların verilməsinin qarşısının alınması;

- regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın  maraqlarının əks etdirilməsi;

- innovasiyaların səmərəli tətbiqinin və yüksək texnologiyalı malların istehsalının dəstəklənməsi;

- təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi;

- satınalmalar zamanı dövlətin maraqlarının qorunması.

Bizim partnyorlarımız