STANDATLAŞDIRMA ÜZRƏ NORMATIV SƏNƏDLƏRIN DÖVLƏT FONDU
Dövlət standartları, ilkin dövlət standartları, texniki şərtlər, beynəlxalq, regional və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyyələr, xarici dövlətlərin standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatlar Texniki normativ-hüquqi sənədlər Dövlət fondunu təşkil edir.
Standartlaşdırma üzrə dövlət fondu müvafiq dövlət orqanları (qurumları), beynəlxalq, regional və xarici ölkələrin aidiyyəti təşkilatları ilə, habelə yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan və standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və milli standartlaşdırma qurumu tərəfindən idarə olunan informasiya resursudur.
Fond “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunu və Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 492 nömrəli qərarı ilə təsdiq edilmiş" Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası" əsasında Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində fəaliyyət göstərir.
Əsas məqsəd –bütün maraqlı tərəflər üçün normativ texniki sənədlərə çıxış imkanının verilməsi, onların mütəmadi olaraq yenilənən dəqiq və ətraflı məlumatla təminatı, eləcədə normativ sənədlərin yayımının vahid elektron sisteminin yaradılmasıdır.
Fonddan rəsmi nüsxələri elektron və kağız şəklində əldə etmək mümkündür.
AZS dövlət standartlarının kataloqu
Türk standartları (TSE) kataloqu