Texniki Normativ Hüquqi Aktların (TNHA) tematik buraxılışları və kataloqları

“Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) - publik hüquqi şəxs “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən  yaradılmış və 17 aprel 2017-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.

AZSTAND Azərbaycan Respublikasının milli standartlaşdırma qurumudur və əsas funksiyaları standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir.

Azərbaycanın milli standartları uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri, neft və kimya sənayesi, tekstil, aqrar, kənd təsərrüfatı və qida sənayesi, tikinti materialları, xidmət sferası və digər sahələri əhatə edir.

Ölkə ərazisində qüvvədə olan milli standartlar ilə aşağıdakı kataloqda tanış ola bilərsiniz:

Milli Standartlar Kataloqu

Bizim partnyorlarımız