Sertifikatlaşdırma Orqanları Haqqında Məlumat

“Azərbaycan Standartaşdırma İnstitutu”publik hüquqi şəxsin

Uyğunluğun qiymətləndirilməsi departamenti

 

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin struktur bölməsi olan Uyğunluğun qiymətləndirilməsi departamentiməhsuların,işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı kimi fəaliyyət göstərir. Departament 02.06.2017-ci il tarixindən məhsuların,işlərin və xidmətlərinsertifikatlaşdırılması orqanı kimi ISO/IEC 17065 beynəlxalq standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuşdur. Departament Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasənakkreditasiya sahəsinəuyğun olaraq istehsal, idxal və ixrac olunan ərzaq, qeyri-ərzaq və kənd təsərrüfatı məhsullarının, xidmət sahələrinin sertifikatlaşdırılması istiqamətlərində uğurlu fəaliyyət göstərir.

Departament bu sahədə ixtisaslaşdırılmış kadır potensialına malikdir və sertifikatlaşdırma sahəsində gördüyü işləri beynəlxalq təcrübəyə və müassir tələblərə uyğun həyata keçirir. Departamentin əsas məqsədi beynəlxalq standartın tələblərinə uyğun olaraq obyektivlik, müstəqillik və qərəzsizlik prinsipi əsasında sertifikatlaşdırma işini həyata keçirmək və müştəri məmnunluğunu qazanmaqdır.

Məhsulun və xidmətlərin keyfiyyətlərinin daim yaxşılaş­dırılması, onların istehlakçı üçün təhlü­kəsizliyinin təmin edil­mə­si, bazar iqtisadiyyatının ob­yektiv tələbləridir. İstehsalçı məhsulların, xid­mət­lərin keyfiyyətini yaxşılaşdıraraq satış ba­za­r­ını geniş­ləndirir və əlavə gəlir əldə edir. Belə şəraitdə ser­ti­fi­katlaşdırma məhsulun və xidmətin normativ sənədlərin tə­ləb­lərinə uyğun gəlməsinə zəmanət verir və sertifikatlaşdırma aşağıdakı məqsədlər üçün keçirilir:

- insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq;

- istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;

- respublika müəssisələrinin və sahibkarlarının beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Departamentin regionlarda sertifikatlaşdırma işlərini həyata keçirən Ərazi idarələri fəaliyyət göstərir. Bu da müəssisə və təşkilatlarların məhsullarının sertifikatlaşdırılması zamanı əlavə xərc və vaxta qənaət etməsinə əlverişli şərait yaratmışdır. 

Bizim partnyorlarımız