BEYNƏLXALQ STANDARTLAŞDIRMA TƏŞKİLATI (İSO)

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) 1947-ci ildə yaradılmış, müstəqil, beynəlxalq qeyri-dövlət və qeyri-kommersiya təşkilatıdır. Dünyanın 164 milli standartlaşdırma orqanı təşkilatda təmsil olunur. İSO-nun əsas funksiyası könüllü, consensus əsaslı, bazar yönümlü beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir.

İSO standartları məhsul və xidmətlərin təhlükəsizliyinin, etibarlılığının və keyfiyyətinin qarantıdır. Onlar biznes üçün strateji alət olmaqla istehsal xərclərini minimuma endirməklə, resurslardan daha qənaətlə və səmərli istifadə etməklə və ətraf mühitə daha az zərər verməklə istehsal qabiliyyətinin artırlması və rəqabətqabiliyyətli xidmət təklif olunmasına imkan verir. Bu da öz növbəsində yeni bazarlara çıxış şansı, dünyada ədalətli və azad ticarətin təşviqi və ticaərtdə texniki maneələrin aradan qaldırlması ilə bütün ölkələr üçün barəbər iqtisadi inkişaf imkanlarının qazanılması deməkdir. Bugünədək İSO tərəfindən 22447 beynəlxalq standart işlənib hazırlanmışdır.

İSO Elektrotexniki və elektronika sahəsində beynəlxalq standartları işləyib hazırlayan Beynəlxalq Elektrotexniki Kommisiya (IEC), telekommunikasiya sahəsində standartların müəllifi Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) ilə birlikdə "Dünya Standartlar Kooperasiyasını- WSC (World Standards Cooperation) təşkil edir.

İSO-nun əsas icraçı orqanları aşağıdakılardır:

- İSO Baş Asambleyası üzv ölkələrin milli standartlaşdırma orqanlarının və digər əməkdaşlıq etdiyi təşkilatların nümayəndələrinin iştirakı ilə ildə 1 dəfə iclasını (Annual Meeting) keçirir.

- İSO Şurası təşkilatın daimi orqanı olub 20 üzv ölkə nümayəndələri və xüsusi komitə üzvlərindən ibarətdir.

- İSO Katiblik təşkilatın cari işlərlə bağlı fəaliyyətini həyata keçirir.

- İSO-nun aşağıdakı xüsusi komitələri fəaliyyət göstərir:

- Prezident Komitəsi- İSO Şurasının məşvərətçi orqanı olub, Baş Assambleyanın qərarlarının icrasına nəzarəti həyata keçirir.

- Texniki İdarəetmə Bürosu (TMB)–Texniki Komitələrin fəaliyyətinə ümumi nəzarəti həyata keçirməklə digər texniki və təşkilatı məsələlərin həlli ilə məşqul olur. Hazırda iqtisadiyyatın bütün sferaları üzrə İSO-nun 250 Texniki Komitəsi fəaliyyət göstərir.

- CASCO –Uyğunluğun qiymətləndirilməsi Komitəsi

- COPOLCO–İstehlakçılarla bağlı siyasət Komitəsi;

- DEVCO –İnkişaf etməkdə olan ölkələr Komitəsi;

- Council Standing Committees –Maliyyə və strateji məsələlər üzrə Daimi Komitələr;

- Ad hoc Advisory Committees – Xüsusi məşvərətçi qruplar.

İSO-nun mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

Azərbaycan Respublikası İSO-da 7 iyul 2003-cü il tarixindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (2003-2008-ci illərdə Standartlaşdırma, Metrologiyavə Patent üzrə Dövlət Agentliyi) vasitəsilə tam hüquqlu üzv olaraq təmsil olunur.

Eyni zamanda yerli ekspertlərimiz İSO-nun 14 Texniki Komitəsində müşahidəçi və tam hüquqlu üzv olaraq iştirak edir.

Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin dekabr ayından İSO-nun tam hüquqlu üzvüdür.

https://www.iso.org/ru/home.html

Bizim partnyorlarımız