Sertifikatlaşdırma orqanı haqqında

Azərbaycan Standartlaşdırma İnstitutunun struktur bölməsi olan Uyğunluğun qiymətləndirilməsi departamenti 02.06.2017-ci il tarixindən məhsuların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı kimi ISO/IEC 17065 beynəlxalq standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuşdur.

Departament Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən istehsal, idxal və ixrac olunan ərzaq və kənd təsərrüfatı, sənaye məhsullarının, eləcə də xidmət sahələrinin sertifikatlaşdırılması istiqamətlərində fəaliyyət göstərir.

Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının ob­yektiv tələblərindən olub beynəlxalq və dövlətlərarası standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır. Bu baxımdan Uyğunluğun qiymətləndirilməsi departamentinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

- bazarda insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) mövcudluğunun qarşısının alınması üçün məlumatlılıq;

- istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;

- respublika müəssisələrinin və sahibkarlarının beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Departamentin regionlarda sertifikatlaşdırma işlərini həyata keçirən aşağıdakı Ərazi idarələri fəaliyyət göstərir:

1. Şimal Ərazi idarəsi

Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 76; Xaçmaz şəhəri, H.Əliyev pros. 5B

2. Cənub Ərazi idarəsi

Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi; Lənkəran şəhəri, H.Əliyev pros. 301

3. Qərb Ərazi idarəsi

Ünvan: Gəncə şəhəri, Ş.İ. Xətai 98 ;Yevlax şəhəri, H. Əliyev prospekti 90.

4. Şimal-Qərb Ərazi idarəsi

Ünvan: Şəki şəhəri, M.Rəsulzadə küçəsi 156.

Bizim partnyorlarımız