Yüngül Sənaye laboratoriyası

Yüngül Sənaye məhsullarının sınaq laboratoriyası

Sınaq laboratoriyası “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxsin tərkibində yaradılmış və Bakı şəhəri Nərimanov rayonu E.İsakzadə 7-ci köndələn küçəsində fəaliyyət göstərir.

Sınaq laboratoriyası Azərbaycanda mövcud olan qanunvericilik aktlarına, qanunlara və sərəncamlara uyğun fəaliyyət göstərir. Standartlaşdırma, texniki-tənzimləmə və akkreditasiya haqqında qanunlara əsaslanaraq fəaliyyət göstərir.

2017-ci ildə AZS/İSO/İEC 17025-2009  “Sınaq və Kalibrlənmə laboratoriyasının səlahiyyətlərinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuş və səlahiyyət müddəti 10.07.2020-ci ilə qədər  olan  AZ 01.0236.01.17 saylı attestatla təmin edilmişdir.

Sınaq laboratoriyasının məqsədi və fəaliyyəti ölkədə istehsal, idxal və ixrac olunan eləcə də daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlayaraq, onların nəticələrini təsdiq edən sənədlərin verilməsini müəyyən olunmuş qaydada həyata keçirməkdən ibarətdir.

Laboratoriyada iş stajı 10 ildən 40 ilə qədər olan 5 nəfərdən ibarət işçi heyəti çalışır.

Sınaq laboratoriyası Almaniya, ABŞ, Yaponiya və Rusiyada istehsal edilmiş cihaz və avadanlıqlarla təmin edilmişdir.

Laboratoriya öz fəaliyyətində akkreditasiya sahəsinə uyğun olan beynəlxalq və yerli metodlardan istifadə edərək, təqdim olunan məhsulun xarici görünüşü, fiziki-mexaniki və fiziki-kimyəvi sınaqlarını apararaq, sınaq protokolları ilə rəsmiləşdirir.

Laboratoriyada aşağıda sadalanan məhsulların sınaqları aparılır:

- Pambıq mahlıcı

- Tibbi hiqroskopik mahlıc

- Texniki pambıq çiyidi

- İpliklər

- Parçalar

- Tibbi gigenik bint

- Trikotaj məmulatları

- Dəri, dəri məmulatları

- Oyuncaqlar

- Kosmetikia məhsulları, ətirlər, diş məcunu, şampunlar, sabunlar, yuyucu vasitələr, məişət kimyası

- Uşaq bezləri

- Uşaqların yedizdirilməsi üçün qablar, butulkalar, əmziklər və s.

- Xalça, xalça məmulatları

- Plasmas

- Kağız məmulatları

- Yataq döşəkləri  və balışlar

- Qapı və pəncərə profilləri

- Yun

- Barama

- Tütün məhsulları

- Ağac və ağac məmulatları

- Şüşə taralar.

Snaq laboratoriyası öz siyasətində müştəri məmnunluğunu əsas tutaraq öz iş strukturunu məhz bu istiqamətdə qurmuş, dərin bilik və bacarığa malik yüksək ixtisaslı personal tərəfindən həyata keçirilən sınaqların dəqiqliyini, qərəzsizliyini və məxfiliyini təmin edir.

Laboratoriyaya müraciət edən hər bir müştəri nümunələri şəxsi məktub və nümunənin götürülmə aktı əsasında təqdim edə bilər.

Bizim partnyorlarımız