Sertifikatlaşdırma Orqanları Haqqında

“Azərbaycan Standartaşdırma İnstitutu”publik hüquqi şəxsin Uyğunluğun qiymətləndirilməsi departamenti

 

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin struktur bölməsi olan Uyğunluğun qiymətləndirilməsi departamentiməhsuların,işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı kimi fəaliyyət göstərir. Departament 02.06.2017-ci il tarixindən məhsuların,işlərin və xidmətlərinsertifikatlaşdırılması orqanı kimiISO/IEC 17065 beynəlxalq standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuşdur. Departament Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasənakkreditasiya sahəsinəuyğun olaraq istehsal, idxal və ixrac olunan ərzaq, qeyri-ərzaq və kənd təsərrüfatı məhsullarının, xidmət sahələrinin sertifikatlaşdırılması istiqamətlərində uğurlu fəaliyyət göstərir.

Departament bu sahədə ixtisaslaşdırılmış kadır potensialına malikdir və sertifikatlaşdırma sahəsində gördüyü işləri beynəlxalq təcrübəyə və müassir tələblərə uyğun həyata keçirir. Departamentin əsas məqsədi beynəlxalq standartın tələblərinə uyğun olaraq obyektivlik, müstəqillik və qərəzsizlik prinsipi əsasında sertifikatlaşdırma işini həyata keçirmək və müştəri məmnunluğunu qazanmaqdır.

Məhsulun və xidmətlərin keyfiyyətlərinin daim yaxşılaş­dırılması, onların istehlakçı üçün təhlü­kəsizliyinin təmin edil­mə­si, bazar iqtisadiyyatının ob­yektiv tələbləridir. İstehsalçı məhsulların, xid­mət­lərin keyfiyyətini yaxşılaşdıraraq satış ba­za­r­ını geniş­ləndirir və əlavə gəlir əldə edir. Belə şəraitdə ser­ti­fi­katlaşdırma məhsulun və xidmətin normativ sənədlərin tə­ləb­lərinə uyğun gəlməsinə zəmanət verir və sertifikatlaşdırma aşağıdakı məqsədlər üçün keçirilir:

- insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq;

- istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;

- respublika müəssisələrinin və sahibkarlarının beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Departamentin regionlarda sertifikatlaşdırma işlərini həyata keçirən Ərazi idarələri fəaliyyət göstərir. Bu da müəssisə və təşkilatlarların məhsullarının sertifikatlaşdırılması zamanı əlavə xərc və vaxta qənaət etməsinə əlverişli şərait yaratmışdır. Departamentinrespublikanın regionlarında fəaliyyət göstərən Ərazi İdarələri aşağıdakılardır:

  1. Şimal Ərazi idarəsi: Sumqayıt şəhəri, Sülh küçəsi 76; Xaçmaz şəhəri, H. Əliyev prospekti 5B.
  2. Cənub Ərazi idarəsi: İmişli şəhəri, 20 Yanvar küçəsi; Lənkəran şəhəri, H. Əliyev prospekti 301. 
  3. Qərb Ərazi idarəsi: Gəncə şəhəri, Ş.İ. Xətai 98 ;Yevlax şəhəri, H. Əliyev prospekti 90.
  4. Şimal-Qərb Ərazi idarəsi:Şəki şəhəri, M.Rəsulzadə küçəsi 156.

Bizim partnyorlarımız