Məhsulun sertifikatlaşdırılması üçün lazım olunan sənədlər

Məhsulun sertifikatlaşdırılması üçün lazım olunan sənədlər

1. Müəssisənin rekvizitləri

2. İstehsal edilən məhsulların sertifikatlaşdırılması üçün:      

Müəssisə tərəfindən verilən sifariş:

- Müəssisənin adı;

- Bank rikvizitləri;

- Hüquqi və fəaliyyət göstərdiyi faktiki ünvanı;

- VÖEN;

- Əlaqə telefonu;

- Sertifikatlaşdırılacaq məhsulun (xidmətin) adı;

- məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

- keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda);

- istehsalçının apardığı sınaqların protokolları: (zərurət olduğu halda);

 Yeyinti məhsulları üçün:

- gigiyenik və ya qida təhlükəsizliyi sertifikatının surəti;

- heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;

- emal olunmuş bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti.

3. İdxal və ixrac edilən məhsulların sertifikatlaşdırılması üçün:

Müəssisə tərəfindən verilən sifariş:

- Müəssisənin adı;

- Bank rikvizitləri;

- Hüquqi və fəaliyyət göstərdiyi faktiki ünvanı;

- VÖEN;

- Əlaqə telefonu;

- Sertifikatlaşdırılacaq məhsulun (xidmətin) adı;

- müqavilənin (kontraktın) surəti;

Yeyinti məhsulları üçün:

- gigiyenik və ya qida təhlükəsizliyi sertifikatının surəti;

- heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;

- emal olunmuş bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti;

- sınaq protokollarının surəti.

4. Xarici uyğunluq sertifikatlarının tanınması üçün:

Müəssisə tərəfindən verilən sifariş:

- Müəssisənin adı;

- Bank rikvizitləri;

- Hüquqi və fəaliyyət göstərdiyi faktiki ünvanı;

- VÖEN;

- Əlaqə telefonu;

- Sertifikatlaşdırılacaq məhsulun (xidmətin) adı;

- xarici uyğunluq sertifikatının əslini və ya onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti;

- əsasında sertifikatlaşdırma aparılmış normativ sənədlər;

- qarşılıqlı tanınma haqqında müqavilədə nəzərdə tutulduğu halda sertifikatlaşdırma sınaqlarının protokolları (zərurət olduğu halda);

- istehsalçının keyfiyyət şəhadətnaməsi (sertifıkatı);

- xarici dildə olan bütün sənədlər azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır.

Bizim partnyorlarımız