AVROPA STANDARTLAŞDIRMA TƏŞKİLATI (CEN)

Avropa Standartlaşdırma Komitəsi (CEN) Avropa İttifaqı tərəfindən rəsmən qəbul edilmiş standartlaşdırma sahəsində fəaliyyət göstərən 3 əsas  təşkilatdan biridir (digərləri, Avropa Elektrotexniki Standartlaşdırma Komitəsi (CENELEC)  və Avropa Telekommunikasiya Standarları İnstitutu (ETSİ)).

CEN-in əsas funksiyası bütün maraqlı tərəflərin: biznes-sənayə dairələrinin, xidmət sferasının, dövlət sektorunun, elmi-tədqiqat mərkəzlərinin və istehlakçı maraqlarının mövqeyini nəzərə almaqla konsensus əsaslı, könüllü və mütərəqqi Avropa standartlarının işlənib hazırlanmasından ibarətdir. CEN-in 34 tamhüquqlu üzvü var, təşkilatın 330 Texniki Komitəsi və 1530 İşçi Qrupunun sıralarında müxtəlif ölkələrindən 200000-dən çox beynəlxalq ekspert fəaliyyət göstərir.

Azərbaycan Respublikası CEN-də Nazirlər Kabinetinin 17/17/4699-22 saylı 22 oktyabr 2008-ci il tarixli tapşırığına uyğun olaraq 2011-ci ildən assosiativ üzv statusunda təmsil olunur.

Azərbaycan Standartlaşdırma İnstitutu 2018-ci ilin aprel ayından etibarən CEN-də Tərəfdaş Standartlaşdırma Orqanı ( Companion Standardization Body-CSB) statusunda təmsil olunur. Bu təmsilçilik Avropa standartlarına maneəsiz çıxış əldə etmək, milli standartların Avropa standartları ilə harmonizasiya edilməsi, eləcə də yerli mütəxəssislərin təşkilatın istənilən texniki komitəsinin işində müşahidəçi statusunda iştirak etmək imkanı verir.

CEN-CENELEC Ambitions to 2020

https://www.cen.eu/Pages/default.aspx

Bizim partnyorlarımız