Keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırması haqqında

Beynəlxalq standartların tətbiqi və İdarəetmə sistemlərinin sertifikatlaşdırılması haqqında məlumat

Beynəlxalq standartların tətbiqi təşkilatlara aşağıda göstərilən effektli nəticələrin əldə olunmasına imkan verir:

İSO 9001-2015 “Keyfiyyət menecment sistemi.Tələblər” standartı üzrə:

müştərilərin məmnunluğunun təmini,

qanunların və normativ sənədlərinin tətbiqini təmin etmək,

kadrların səriştəliliyinin təmini,

istehsal olunan məhsulların və göstərilən xidmətlərin rəqabətə davamlılığının artıtılması,

maraqlı tərəflərlə (müştərilə,təchizatçılar,podratçılar, dövlət orqanları və s.) qarşılıqlı səmərə əsasında işləmək,

riskləri qiymətləndirmək və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlamaq,

materialardan və texnoloji avadanlıqlardan səmərəli istifadə etmək,

beynəlxalq tenderlərdə iştirak etmək və dünya bazarına çıxmaq,

öz fəaliyyət sahəsi üzrə regionda lider olmaq.

İSO 14001-2015 “Ətraf mühiti idarəetmə sistemi” üzrə:

zərərli tullantıların qanunlara uyğun buraxıla bilən səviyyədə olmasının təmini,

zərərli tullantılardan cərimələnmələrin qarşısını almaq,

sağlam iş şəraiti yaratmaq,

riskləri qiymətləndirmək və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlamaq,

insanlara, flora və faunaya, təbii ehtiyatlara zərərli tullantıların mənfi təsirini azaltmaq,

zərərli tullantıların personala, materiallara və avadanlıqlara mənfi təsirini azaltmaq,

qanunların və normativ sənədlərinin tətbiqini təmin etmək,

İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi. Tələblər” standartı üzrə:

əməyin mühafizəsi və təhlükəsizliyi bağlı qanunlara riayət etmək,

sağlam iş şəraitinin təmini,

iş qəzaları və peşə xəstəlikləri ilə bağlı xərclərin azaldılması,

məhsulların və materialların uyğunsuz vəziyyətə düşməsinin qarşısını almaq,

riskləri qiymətləndirmək və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlamaq,

işçilərin əməyin təhlükəsizliyi sahəsində səriştəliliyinin təmin edilməsi,

iş qəzaları səbəbindən məhsuldarlığın azalmasının qarşısını almaq.

İSO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində iştirak  edən təşkilatlara olan tələblər” üzrə:

istehsal olunan qidanın təhlükəsiz olmasını təmin etmək,

istehsal sahələrində və anbarlarda sanitar-gigenik şəraitin yaradılması,

istehsal sahələrində və anbarlarda çarpaz çirklənmənin qarşısını almaq,

personalın gigiyeniyasını və sağlamlığını daima nəzarət aparmaq,   

ziyanvericilərə qarşı mübarizə tədbirlərini tətbiq etmək,

personalın qida təhlükəsizliyi sahəsində səriştəliliyinin təmini,                         

təhlükələri müəyyən etmək və risklərin qiymətləndirilməsini aparmaqla onları buraxıla bilən səviyyədə saxlamaq,

kritik nəzarət nöqtələrini müəyyən etmək və kritik hədləri imkan verilə bilən səviyyədə saxlamaq,

maraqlı tərəflərlə (xarici və daxili) effektiv məlumat mübadiləsi aparmaq,

istehsal olunan qidanın təhlükəsizliyini daimi olaraq təmin etmək üçün qida təhlükəsizliyi sistemini təkmilləşdirmək.

Bizim partnyorlarımız