Səyyar Asfaltbeton Sınaq Laboratoriyası Haqqında

Səyyar asfaltbeton sınaq laboratoriyası haqqında məlumat

Səyyar asfaltbeton Sınaq laboratoriyasında asfaltbetonun və onu  təşkil edən materialların sınağı aparılır. Laboratoriya hal-hazırda Azərbaycanda olan ən müasir səyyar laboratoriyadır. Bu laboratoriyada Avropa Standartlarına cavab  verən Türkiyə, Almaniya və ABŞ-nın istehsalı olan avadanlıq və cihazlardan istifadə etməklə asfaltbeton qarşığının və asfaltbeton yollarının keyfiyyət göstəricilərini təyin etmək olur. Bizim üstünlüyümüz ölkənin müxtəlif  bölgələrinə getməklə həm iş yerində həm də zavoddan nümunələr götürüb yerindəcə qısa müddətə (1-2 gün)  sınaqlar apara bilməkdir.

Səyyar asfaltbeton Sınaq laboratoriyası tam səyyardır və sifarişçidən ölkəmizin harasına nə vaxt getmək barədə sifariş gözləyir.

Laboratoriyada aşağıda adları çəkilən sınaqlar aparılır:

1. Asfaltbeton qarşığının temperaturunun təyini.

2. Asfaltbeton qarşığının tərkibinin təyini (Ekstrasiya testi)

3. Asfaltbeton qarşığından nümunənin (Marşalın) hazırlanması.

4. Nümunənin orta sıxlığının təyini.

5. Nümunənin qalıq məsaməliyinin təyini.

6. Marşall stabilliyi-kNtəyini.

7. Axıcılıq həddi-mm təyini.

8. Asfaltbeton qarşığının həqiqi sıxlığının təyini.

9. Qumun və qırmadaşın fraksiya tərkibinin təyini (ələk analizi).

10. Asfaltbetondan nümunə (Kern) götürməklə kipləşməsinin, orta sıxlığının və qalınlığının təyini (φ 50, φ 100, φ 150)

11. Bitumun yumşalma temperaturunun təyini.

12. Bitumun iynə batma dərinliyinin təyini.

13. Asfaltbeton qarışığının mikserdə hazırlanması.

14. Troxler cihazı vasitəsi ilə (Model 2701-B) asfaltbeton yolunu zədələmədən kipləşməsinin təyini.

15. Asfaltbetonun alt hissəsinin (Qrunt) kipləşməsinin deflektometrlə (ZFG-2000) təyini.

16. 3 metrəlik xətkeş ilə asfaltbeton örtüyünün səthi düzlüyünün təyini.

Bizim partnyorlarımız