Keyfiyyəti İdarəetmə sistemlərinin sertifikatlaşdırılması

Beynəlxalq standartların tətbiqi və İdarəetmə sistemlərinin sertifikatlaşdırılması

haqqında məlumat

Beynəlxalq standartların tətbiqi təşkilatlara aşağıda göstərilən effektli nəticələrin əldə olunmasına imkan verir:

İSO 9001-2015 “Keyfiyyət menecment sistemi.Tələblər” standartı üzrə:

- müştərilərin məmnunluğunun təmini,

- qanunların və normativ sənədlərinin tətbiqini təmin etmək,

- kadrların səriştəliliyinin təmini,

- istehsal olunan məhsulların və göstərilən xidmətlərin rəqabətə davamlılığının artıtılması,

- maraqlı tərəflərlə (müştərilə,təchizatçılar,podratçılar, dövlət orqanları və s.) qarşılıqlı səmərə əsasında işləmək,

- riskləri qiymətləndirmək və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlamaq,

- materialardan və texnoloji avadanlıqlardan səmərəli istifadə etmək,

- beynəlxalq tenderlərdə iştirak etmək və dünya bazarına çıxmaq,

 - öz fəaliyyət sahəsi üzrə regionda lider olmaq.

İSO 14001-2015 “Ətraf mühiti idarəetmə sistemi” üzrə:

- zərərli tullantıların qanunlara uyğun buraxıla bilən səviyyədə olmasının təmini,

- zərərli tullantılardan cərimələnmələrin qarşısını almaq,

- sağlam iş şəraiti yaratmaq,

- riskləri qiymətləndirmək və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlamaq,

- insanlara, flora və faunaya, təbii ehtiyatlara zərərli tullantıların mənfi təsirini azaltmaq,

- zərərli tullantıların personala, materiallara və avadanlıqlara mənfi təsirini azaltmaq,

- qanunların və normativ sənədlərinin tətbiqini təmin etmək,

İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi. Tələblər”

- əməyin mühafizəsi və təhlükəsizliyi bağlı qanunlara riayət etmək,

- sağlam iş şəraitinin təmini edilməsi,

- iş qəzaları və peşə xəstəlikləri ilə bağlı xərclərin azaldılması,

- məhsulların və materialların uyğunsuz vəziyyətə düşməsinin qarşısını almaq,

- riskləri qiymətləndirmək və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlamaq,

- işçilərin əməyin təhlükəsizliyi sahəsində səriştəliliyinin təmin edilməsi,

- iş qəzaları səbəbindən məhsuldarlığın azalmasının qarşısını almaq.

İSO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində iştirak  edən təşkilatlara olan tələblər” üzrə:

- istehsal olunan qidanın təhlükəsiz olmasını təmin etmək,

- istehsal sahələrində və anbarlarda sanitar-gigenik şəraitin yaradılması,

- istehsal sahələrində və anbarlarda çarpaz çirklənmənin qarşısını almaq,

- personalın gigiyeniyasını və sağlamlığını daima nəzarət aparmaq,   

- ziyanvericilərə qarşı mübarizə tədbirlərini tətbiq etmək,

- personalın qida təhlükəsizliyi sahəsində səriştəliliyinin təmini,                         

- təhlükələri müəyyən etmək və risklərin qiymətləndirilməsini aparmaqla onları buraxıla bilən səviyyədə saxlamaq,

- kritik nəzarət nöqtələrini müəyyən etmək və kritik hədləri imkan verilə bilən səviyyədə saxlamaq,

- maraqlı tərəflərlə (xarici və daxili) effektiv məlumat mübadiləsi aparmaq,

- istehsal olunan qidanın təhlükəsizliyini daimi olaraq təmin etmək üçün qida təhlükəsizliyi sistemini təkmilləşdirmək.

Bizim partnyorlarımız