ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Standartlaşdırma İnstitutu və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu arasında müqavilə imzalanıb
8 İyun, 2022

2022-ci ilin 7 İyun tarixində Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Azərbaycan Respublikasında iqtisadi-ticarət missiyası və birgə biznes-forumu keçirilib.

Biznes-forum çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu (KazStandart) arasında standartlaşma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb.

Müqaviləyə əsasən standartlaşdırma üzrə Azərbaycan və Qazaxıstan milli qurumları ölkələrin dövlət standartlarını qarşılıqlı olaraq qəbul etmək, tətbiq etmək və tərcümə etmək, rəsmi nəşrlərinin yayımını təşkil etmək və tətbiqinə icazə vermək hüququna malikdir.

Müqavilə imzalandıqdan sonra Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutunu direktoru cənab Qabit Muhambetov ilə AZSTAND-ın inzibati binasında görüş keçirilmişdir. Görüşdə Kazaxıstan keyfiyyət infrastrukturu ilə bağlı geniş məlumat verilmiş və qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirələr aparılmışdır.

 

 

 

 

 

Tarix:

8 İyun, 2022