| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234
567891011
12131415161718
19202122232425
262728
Xəbər arxivi
Çap versiyası
24.01.2018

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sahibkarlara göstərilən xidmət səviyyəsinin öyrənilməsi ilə bağlı sorğunun nəticələri açıqlanıb - FOTO

Yanvarın 24-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi birgə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində Komitə tərəfindən görülmüş işlər açıqlanıb, həmçinin Komitə tərəfindən sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, o cümlədən iş adamlarının Komitənin fəaliyyətinə münasibətini öyrənmək məqsədi ilə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilmiş rəy sorğusunun nəticələri açıqlanıb.

Komitənin İnformasiya təminatı və elektron idarəetmə şöbəsinin müdiri Fazil Talıblı Komitə tərəfindən açıq hökumətin təşviqi, ictimaiyyətlə əlaqələr və elektron hökumət quruculuğu istiqamətlərində aparılan islahatlar və görülmüş işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, şəffaflığın artırılması və onlayn resursların məzmunun gücləndirilməsi məqsədilə Komitənin məzmun və dizayn baxımından təkmilləşdirilmiş yeni saytı istifadəyə verilib, elektron xidmətlərin  və informasiya ehtiyatlarının sayının və funksionallığının artırılması istiqamətində geniş işlər aparılıb. Vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, Komitənin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili məqsədilə Komitə yanında İctimai Şura yaradılıb və 30 noyabr 2017-ci il tarixində keçirilmiş seçkilərin nəticələrinə əsasən 7 qeyri-hökumət təşkilatının nümayəndəsi İctimai Şuranın üzvü seçilib.

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova Komitə tərəfindən sahibkarlara göstərilən xidmətlərin səviyyəsinin öyrənilməsi ilə bağlı aparılmış sorğunun nəticələrini açıqlayıb.

Sorğu son 5 il ərzində Komitəyə sənədlərin alınması üçün müraciət edənlər arasında aparılıb və 103 sahibkarlıq subyektini əhatə edib. Rəyi soruşulanların 93,2%-i son 5 ildə sahibkarlıq fəaliyyətini icra etmək üçün tələb olunan sənədlərin alınması üçün Komitəyə müraciət edənlərdir. Onlar texniki şərtlərin dövlət qeydiyyatına alınması (2,4%), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi (9,0%), lisenziya tələb olunan fəaliyyət sahələrinə rəylərin verilməsi (7,3%), əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyata alınması (18,4%), ölçmə vasitələrinin kalibrlənməsi (9,5%), məhsullara uyğunluq sertifikatlarının verilməsi (23,2%), məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması (11,3%), uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası (18,9%) kimi xidmətlərindən istifadə ediblər.

Bildirilib ki, Komitəyə müraciət etdikləri zaman Komitə əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl edilməsinə dair sualı cavablandıran respondentlərin hamısı (100%) bu qaydalara riayət edildiyini, müraciətin ilk anından sənədin qəbuluna qədər bu qurumda diqqət və səmimi yanaşma ilə rastlaşdıqlarını qeyd ediblər.

SMPDK xidmətlərindən istifadə üçün müraciət edərkən komitə əməkdaşlarının fəaliyyətini 5 ballıq şkala ilə qiymətləndirən respondentlər onların etik davranış normalarına əməl etmələrinə 5 bal, peşəkarlığlarına 4,7 bal, obyektivliklərinə 4,8 bal, operativliklərinə isə 4,6 bal vermişlər. Maraqlıdır ki, operativliyi qiymətləndirən respondentlər bu günə mövcud olan təşkilatı məqamları nəzərdə tutublar. Belə ki, SMPDK-nın müxtəlif xidmətlərinə müraciət edənlər ilkin müraciəti Ümumi şöbəyə deyil, birbaşa müvafiq xidmətə yönlədirməyin daha səmərəli olduğunu bildiriblər.

Eyni zamanda qanunsuz tələblər, bürokratik əngəllər, qeyri-qanuni hərəkətlər, öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edilməsi faktları ilə rastlaşmadıqlarını qeyd edən respondentlər bu amilləri “0” balla qiymətləndirib.

SMPDK əməkdaşlarının fəaliyyətini daha bir suala verilən cavablar da xarakterizə edir. Belə ki, "Komitə xidmətlərindən istifadə edərkən problemlərlə rastlaşdıqda nə edirsiniz?" sualına cavab verərkən qeyri-formal həll yollarını axtaranlar aşkarlanmamışdır (0%). Rəyi soruşulanların 96,3%-i SMPDK xidmətləri əməkdaşları tərəfindən bildirilən iradları nəzərə alıb aradan qaldırmağa çalışdıqlarını, 3,3% respondent qanuni yolla haqqlarını müdafiə edərək həll etdiklərini bildirmişlər. Rəyi soruşulanlar sənədlərin dəqiq və düzgün tərtib edilməsində Komitənin müvafiq xidmətlərinin əməkdaşları tərəfindən köməkliyini, müəyyən edilmiş iradların aradan qaldırılmasına qısa müddət verilərək bunun üçün yenidən müraciət etmək lazım olmadığını qeyd edərək lazımi sənədləşdirməni problemsiz həyata keçirdiklərini bildirib.

Komitənin göstərdiyi xidmətlər barəsində məlumatlara çıxış imkanı lazımi səviyyədə təmin olunmasının qiymətləndirilməsi zamanı 58,2% respondent bunun yüksək səviyyədə təşkil olunduğunu, 31,3%-i xidmətlərin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd etmişlər. 10,5% respondent qiymətləndirə bilmədiklərini deyiblər.

Sahibkar olduğları müddətdə Komitənin fəaliyyətində hər hansısa bir dəyişikliyin müşahidə etmələrinə gəldikdə rəyi soruşulanların 46,7%-i ciddi səviyyədə müsbət dəyişikliklərin, 4,9%-i demək olar ki, müsbət kimi qeyd edib. 31,9% respondent dəyişikliklərin olmadığını, 16,5% isə cavab verməkdə çətinlik çəkdiklərini  bildirib.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar da cavablandırılıb.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır