| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234
567891011
12131415161718
19202122232425
262728
Komitənin fəaliyyəti ilə bağlı rüsum və cərimələr
Çap versiyası
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış
Maddə 18. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri
18.11. apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı - 10 manat;
18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı - 6 manat;
18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.
18.12. Ötürülmüş müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün - 20 manat;
18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün - 25 manat.
18.13. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:
18.13.1.  ixtira üçün - 10 manat;
18.13.2.  faydalı model üçün - 7 manat;
18.13.3.  sənaye nümunəsi üçün - 7 manat;
18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün - 1 manat.
18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 7 manat.
18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün - 7 manat.
18.17. İxtira, faydalı model, sənaye nümunəsiilə bağlı hüquqların verilməsi barəsində müqavilələrin qeydiyyata alınması üçün: 
18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün - 10 manat;
18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün - 25 manat;
18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər patent üçün) - 10 manat;
18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) - 10 manat.
18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:
18.18.1. bir iddia sənədi üçün - 10 manat;
18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün) – 10 manat.
18.18-1. Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün - 50 manat; 
18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:
18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün - 25 manat;
18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) – 20 manat.
18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklərin edilməsi üçün - 10 manat.
18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması üçün – 25 manat.
18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:
18.22.1. 3-cü ildən 10-cu ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla;
18.22.2. 11-ci ildən 20-ci ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla.
18.22.3. 21-ci ildən 25-ci ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla. 
18.23.  Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla.
18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün:
18.24.1. 3-cü ildən 10-cu ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla;
18.24.2. 11-ci ildən 15-ci ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla. 
18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin 12 aya qədər verilməsinə görə, hər ay üçün -  fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat.
18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün – 20 manat.
18.34. Apellyasiya komissiyasına etirazın verilməsi: 
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 20 manat; 
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 20 manat;
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 60 manat;
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı -  35 manat;
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı - 80 manat;
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı – 45 manat.
18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün - 150 manat.
18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün - 120 manat.
18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün - 40 manat.
18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:
18.35.1.  əmtəə nişanı üçün – 45 manat;
18.35.2.  coğrafi göstərici üçün - 30 manat;
18.35.3.  kollektiv nişan üçün - 60 manat.
18.35-1. Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə almması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün - 30 manat.
18.36. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün - 25 manat.
18.37. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün - 10 manat.
18.38. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün - 10 manat. 
18.39. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:
18.39.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün - 35 manat;
18.39.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;
18.39.3.  qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat;
18.39.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.
18.39-1. Qeydiyyata alınmış əmtəə nişanma dair müstəsna hüquqlarm müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün - 60 manat.
18.40. Lisenziya müqavilələrinin qeydə alınması:
18.40.1. bir ədəd əmtəə nişanı üçün - 80 manat;
18.40.2. bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün – 50 manat.
18.41. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün - 11 manat. 
18.42. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün:
18.42.1. əmtəə nişanı üçün - 95 manat;
18.42.2. coğrafi göstərici üçün - 45 manat;
18.42.3. kollektiv nişan üçün - 145 manat.
18.43. Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün:
18.43.1. əmtəə nişanı üçün - 5 manat;
18.43.2. coğrafi göstərici üçün - 5 manat;
18.43.3. kollektiv nişan üçün - 5 manat.
18.44. Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün - 20 manat.
18.45. Patent müvəkkillərinin qeydiyyata alınması üçün - 5 manat. 
18.46. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün - 10 manat.
18.47. Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün - 5 manat.
18.48. apellyasiya şurasının qərarına görə, apellyasiya komissiyasına etiraz vermək üçün - 20 manat.
18.54. Əmtəə nişanının beynəlxalq qeydiyyatının qüvvədə olma müddətinin uzadılması üçün - 10 manat.
 
 
Maddə 30. Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə  tutulan dövlət rüsumunun dərəcələri
 
30.2. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunması barədə attestatın verilməsi – 20 manat
30.3. Standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması – 2 manat
30.4. Ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sınaqların aparılaraq sertifikatın verilməsi – 20 manat
 
 
 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən çıxarış
 
Maddə 412. Əmtəə nişanlarından qanunsuz istifadə
 
Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
 
 
Maddə 447. İstehlakçıların hüquqlarının pozulması
 
447.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:
447.0.1. mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına;
447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;
447.0.3. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
447.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə;
447.0.6. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;
447.0.7. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına;
447.0.8. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməməsinə;
447.0.9. qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə -
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
 
Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi
 
Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -
saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
 
Maddə 537. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirilməməsi
 
537.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
537.2. Məhsulların satılmasının (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə-
dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
Maddə 538. Ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin pozulması
 
538.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
538.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulan standart nümunənin və ya ölçmə vasitəsinin tipi təsdiq olunmadan və (və ya) ölçmə vasitəsinin ilkin yoxlamadan keçmədən tədavülə buraxılmasına görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
538.3. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanmasına və (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
538.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmənin tələb olunan dəqiqliyini təmin etməyən ölçmə vasitələrindən istifadə olunmasına görə -
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
Maddə 538-1. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması
 
538-1.1. Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə -
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
538-1.2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə -
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
538-1.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda, müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmamasına görə -
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır